Mikayıl Cabbarov Mixael Harms ilə görüşüb

İqtisadiyyat naziri Mikayıl Cabbarov COP29 çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə görüşüb.
BAKU.WS xəbər verir ki, Mikayıl Cabbarov bu barədə özünün "X" hesabında bildirib:
"Ölkələrimiz arasında sənaye, ticarət, investisiyaların təşviqi və iqtisadiyyatın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğuladıq. Almaniya şirkətlərinin Azərbaycanda fəaliyyəti, biznes tərəfdaşlığının gücləndirilməsi və bərpaolunan enerji sahəsində birgə fəaliyyətin təşviqi imkanlarını müzakirə etdik".
#COP29 (@COP29_AZ) çərçivəsində Almaniyanın Şərqi Biznes Assosiasiyasının icraçı direktoru Mixael Harms ilə ölkələrimiz arasında #sənaye, #ticarət, #investisiya-ların təşviqi və #iqtisadiyyat-ın müxtəlif sahələri üzrə əməkdaşlığın inkişafını vurğuladıq. #Almaniya şirkətlərinin… pic.twitter.com/mUmlzt9ZtH
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 18, 2024
Oxşar xəbərlər
Sahibkarların NƏZƏRİNƏ: Yeni vergi və uçot tələbləri - İki mindən altı min manatadək cərimə
Oktyabrın 1-dən bazarlarda fəaliyyət göstərən təsərrüfat subyektləri üçün yeni vergi və uçot tələbləri qüvvəyə minib. Yeni qaydalara əsasən, bazar mülkiyyətçilə...
