Mikayıl Cabbarov IV "Yüksəliş" müsabiqəsinin qalibləri ilə görüşüb
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov IV "Yüksəliş" müsabiqəsinin qalibləri Toğrul Yaqublu və Təbriz Əmmayev ilə yekun görüşünü keçirib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" sosial şəbəkəsindəki hesabında bildirib.
"Gənclərlə fərdi inkişaf planı, əldə olunmuş faydalı təcrübələr, liderlik bacarıqları, işgüzar səriştələrin təkmilləşdirilməsi barədə fikirlərimizi bölüşdük. Mentorluq proqramının uğurla həyata keçirilməsində əməyi olan həmkarlarımıza təşəkkür edir, mentilərimizə uğurlar və davamlı yüksəliş arzulayırıq", - M.Cabbarov qeyd edib.
Qalereya
Oxşar xəbərlər
Ruslan Ənvərliyə vəzifə verildi
Kənd Təsərrüfatı Nazirliyində kadr təyinatı olub. BAKU.WS xəbər verir ki, bununla bağlı nazir Məcnun Məmmədov müvafiq əmr imzalayıb. Əmrə əsasən, Ruslan Ənvərli...