Mikayıl Cabbarov: "İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü təqdim olundu
Yeniliklərdən dərhal xəbərdar olun
"COP29 çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü - BICFIT təqdim olundu".
BAKU.WS xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov özünün "X" hesabında bildirib:
"Bu təşəbbüs maliyyə, investisiya və ticarət fəaliyyəti ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqəni artırmaq üçün tərəfdaşlıq platforması yaratmaq məqsədi daşıyır. Maliyyə, İnvestisiya və Ticarət Günündə aparılan müzakirələr bu istiqamətlərdə siyasətin iqlim məqsədlərinə uyğunlaşdırılması və bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə töhfə verəcək".
#COP29 (@COP29_AZ) çərçivəsində İqlim Maliyyəsi, İnvestisiya və Ticarət üzrə Bakı Təşəbbüsü - BICFIT təqdim olundu. Bu təşəbbüs maliyyə, #investisiya və #ticarət fəaliyyəti ilə Dayanıqlı İnkişaf Məqsədləri arasında əlaqəni artırmaq üçün tərəfdaşlıq platforması yaratmaq məqsədi… pic.twitter.com/Ut3fxhXd7Y
— Mikayil Jabbarov (@MikayilJabbarov) November 14, 2024
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...