Mikayıl Cabbarov Harri Kamian ilə görüşüb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşdə enerji sektorunda tərəfdaşlıq imkanları müzakirə olunub.
Bu barədə BAKU.WS-ə İqtisadiyyat Nazirliyindən məlumat verilib.
Bildirilib ki, iqtisadiyyat naziri Mikayıl Cabbarov ABŞ Dövlət Departamentinin çoxtərəfli enerji diplomatiyası üzrə baş müşaviri Harri Kamian ilə görüşüb.
Görüşdə Azərbaycanın ABŞ ilə ikitərəfli münasibətlərin inkişafına önəm verdiyi vurğulanıb. Qeyd olunub ki, iqtisadi məsələlərə həsr edilmiş görüşlər və işgüzar tədbirlər iqtisadi-ticarət əməkdaşlığını stimullaşdırır. Azərbaycanda reallaşdırılan iqtisadi tədbirlər, yaradılmış əlverişli biznes və investisiya mühiti, azad edilmiş ərazilərimizin iqtisadi imkanları, eləcə də COP29 çərçivəsində görülən işlər barədə məlumat verilib.
Tərəflər Azərbaycanın energetika, o cümlədən, "yaşıl enerji" sektorunun inkişafı, bu sahədə ABŞ şirkətləri ilə tərəfdaşlıq imkanları barədə fikir mübadiləsi aparıblar.
Oxşar xəbərlər
Pərviz Şahbazov: “Qaz tədarükünün artırılması region və Avropa ölkələrinin enerji təhlükəsizliyində yeni mərhələdir”
Cənub Qaz Dəhlizinin (SGC) inkişafı və qaz tədarükünün artırılması, “Xəzər-Qara-dəniz-Avropa Yaşıl Enerji Dəhlizi”nin yaradılması və bərpa olunan enerjinin təch...