Mikayıl Cabbarov Gideon Saar ilə birgə strateji layihələri müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanın iqtisadiyyat naziri Mikayıl Cabbarov İsrailə işgüzar səfəri çərçivəsində bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşüb.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
"İsrail Dövlətinə işgüzar səfərimiz çərçivəsində bu ölkənin xarici işlər naziri Gideon Saar ilə görüşmək xoş oldu. Azərbaycan-İsrail iqtisadi münasibətlərinin genişləndirilməsi, birgə strateji layihələrin ölkələrimiz və region üçün perspektivləri barədə fikirlərimizi bölüşdük. Ölkəmizin əlverişli geoiqtisadi mövqeyini və qlobal ticarətdə artan tranzit potensialını qeyd etdik", - deyə paylaşımda bildirilib.
Oxşar xəbərlər
Dünya bazarında qızılın qiyməti 100 dollardan çox artdı
Dünya bazarında qızıl və gümüşün qiymətində artım qeydə alınıb. BAKU.WS-in məlumatına görə, noyabrın 29-da Nyu-Yorkun COMEX əmtəə birjasında qiymətli metalların...