Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı paylaşım edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov "Əsrin müqaviləsi"nin imzalanmasının ildönümü ilə bağlı paylaşım edib.
BAKU.WS xəbər verir ki, bu barədə nazir "X" hesabında paylaşım edib.
O, iqtisadi suverenliyimizin rəmzi, yeni enerji strategiyamızın təməlini təşkil edən bu tarixi sazişin ümummilli lider Heydər Əliyevin prinsipial mövqeyi və uzaqgörənliyi nəticəsində imzalandığını vurğulayıb.
"Əsrin müqaviləsi" ölkəmizi qlobal enerji xəritəsinə çıxardı, davamlı tərəfdaşlıqların əsasını qoydu və iri investisiyaları ölkəmizə yönəltdi. Bu tarixi irs bu gün də iqtisadi inkişafımıza və enerji siyasətimizə istiqamət verməkdədir", - deyə nazir qeyd edib.
Oxşar xəbərlər
Qızılın qiyməti yenidən 4 100 dolları keçdi
Dünya bazarında qızılın qiymətində kəskin bahalaşma qeydə alınıb. Qiymətli metalın bir troya unsiyasının dəyəri oktyabrın 22-dən sonra ilk dəfə 4 100 dollar həd...