Mikayıl Cabbarov: "Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir"
Cari ildən etibarən "Abşeron" qaz-kondensat yatağı üzrə həm neft həm də təbii qaz hasilatına başlanılması iqtisadi sektorun inkişafına müəyyən töhfə verəcək.
BAKU.WS Report-a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında deyib.
"Buna baxmayaraq ortamüddətli dövrdə neft hasilatının 2022-ci ilin hasilat səviyyəsindən aşağı olacağı gözlənilir. Bu da neft hasilatında xüsusi çəkiyə malik "Azəri-Çıraq-Günəşli" yataqlar bloku üzrə hasilatın azalma bazasına keçməsi ilə əlaqədardır. Əmtəəlik qaz hasilatının 2025-ci ildə pik həddə çatacağı gözlənilir. Bu amilləri nəzərə alaraq neft-qaz sektoru üzrə ÜDM-in növbəti ildə 1,7 %, 2025-ci və 2026-cı illərədə isə orta hesabla 1,8 % azalacağı proqnozlaşdırılır", - deyə nazir əlavə edib.
Xatırladaq ki, Bakıdan təxminən 100 kilometr cənub-şərqdə yerləşən “Abşeron” qaz-kondensat yatağından ilk qaz cari ilin iyul ayının əvvəlində hasil edilib.
Cari il avqustun 4-də SOCAR, “TotalEnergies” və ADNOC (Əbu-Dabi Milli Neft Şirkəti) şirkətləri arasında “Abşeron” qaz-kondensat yatağında 30 % iştirak payının satışı ilə bağlı saziş imzalanıb. SOCAR və "TotalEnergies" şirkətlərinin hər birinin iştirak payları isə, müvafiq olaraq 35 % təşkil edəcək.
Oxşar xəbərlər
Hansı bankdan nə qədər dollar almaq olar? – MƏBLƏĞLƏR
Bu gün martın 15-də xarici valyuta satan bankların sayı 29-a çatıb. BAKU.WS-in məlumatına görə, fins.az-ın araşdırması göstərdi ki, bu gün dolları 19 bank limi...