Mikayıl Cabbarov: "CIFTIS Azərbaycan məhsullarının tanıdılması üçün səmərəli platformadır"
Azərbaycan Çinin paytaxtı Pekin şəhərində keçirilən beynəlxalq ticarət sərgisində yerli məhsulları tanıdıb.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov "X" sosial şəbəkəsindəki hesabında yazıb.
"Pekin şəhərində keçirilən Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (CIFTIS) iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın iqtisadi potensialının, investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır", - nazir qeyd edib.
Pekin şəhərində keçirilən #Çin Beynəlxalq Xidmətlər Ticarəti Sərgisində (@CIFTIS) iştirak etdik. Qlobal xidmətlər ticarətini təşviq edən bu sərgi Azərbaycanın #iqtisadi potensialının, #investisiya imkanlarının və yerli məhsullarımızın tanıdılması üçün səmərəli platformadır.… pic.twitter.com/LRYmOtir9t
— Mikayil Jabbarov (@MikayilJabbarov) September 2, 2023
Oxşar xəbərlər
Azərbaycan ilə Özbəkistan arasında sənədlər imzalanıb - YENİLƏNİB - FOTO
Azərbaycan ilə Özbəkistan arasında metallurgiya, akkreditasiya, energetika və əczaçılıq sahələri üzrə əməkdaşlığa dair sənədlər imzalanıb. BAKU.WS xəbər verir k...