Mikayıl Cabbarov: "Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir"

Mikayıl Cabbarov: Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir
İqtisadiyyat 14

Azərbaycanın sabit iqtisadi mühiti investor etimadını gücləndirir.

BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən İslam İnkişaf Bankı (IsDB) Qrupunun 2026-cı İllik Toplantısı çərçivəsində baş tutan "Azərbaycanın İnvestisiya Görünüşü" tədbirində deyib.

Onun sözlərinə görə, uzunmüddətli investisiya inam və etibarla başlayır: "Azərbaycan isə investorlara güclü fiskal göstəricilər və ağlabatan iqtisadi siyasətlə dəstəklənən sabit və dayanıqlı iqtisadi mühit təqdim edir. Strateji valyuta ehtiyatları Azərbaycanın ümumi daxili məhsulunu üstələyir. Bu ehtiyatlar ilin əvvəlindən bəri 3,4 %, illik müqayisədə isə 15 % artıb. Ümumi həcmi 88 milyard ABŞ dolları təşkil edən bu resurslar ölkənin makroiqtisadi sabitliyini daha da möhkəmləndirir".

M. Cabbarov bildirib ki, qlobal miqyasda ən aşağı dövlət borcu səviyyələrindən birinə malik olan Azərbaycan üçün bu göstəricilər iqtisadi sabitlik, investor etimadı və uzunmüddətli inkişaf baxımından güclü zəmin yaradır: "Bu fundamental göstəricilər aparıcı beynəlxalq reytinq agentlikləri tərəfindən də tanınır. "Fitch" və "Moody"s" Azərbaycanın suveren kredit reytinqini investisiya səviyyəsində saxlayaraq, perspektivi sabitdən pozitivə doğru qiymətləndiriblər. Azərbaycanın iqtisadi inkişaf yolunun arxasında həm müstəqillik dövrünün formalaşdırdığı təcrübə, həm də iqtisadi rifahı dövlət siyasətinin mərkəzinə qoyan Prezident İlham Əliyevin strateji yanaşması dayanır. İqtisadiyyatın şaxələndirilməsi ölkənin investisiya gündəliyini getdikcə daha çox müəyyən edən əsas istiqamətlərdən biridir".

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər