Mikayıl Cabbarov Azərbaycanda əczaçılıq sahəsinin perspektivlərini müzakirə edib
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat naziri Mikayıl Cabbarov dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə Azərbaycanda əczaçılıq sahəsinin perspektivlərini müzakirə edib.
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadiyyat naziri özünün "X" hesabında paylaşım edib.
"Əczaçılıq sənayesinin inkişafı qeyri-neft iqtisadiyyatının möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir.
Əczaçılıq sənayesində reallaşdırılan addımlar, həyata keçirilən investisiya layihələri və yerli istehsalın genişləndirilməsi ölkəmizin dərman təminatının gücləndirilməsinə xidmət edir", - deyə nazir bildirib.
Əczaçılıq sənayesinin inkişafı #qeyrineft #iqtisadiyyat-ının möhkəmləndirilməsi və əhalinin sosial rifahının yüksəldilməsi üçün strateji əhəmiyyət kəsb edir.
— Mikayil Jabbarov (@MikayilJabbarov) December 25, 2025
Dövlət qurumları və özəl sektorun nümayəndələrinin iştirakı ilə #Azərbaycan-da bu sahənin perspektivlərini müzakirə… pic.twitter.com/Ii1y2J2I0z
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...