Mərkəzi Bankdan saxta pullarla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
2019-cu ildə Azərbaycan Mərkəzi Bankı (AMB) 1,3 milyard manatlıq yararsız pul nişanını dövriyyədən çıxarıb.
BAKU.WS bu barədə AMB-yə istinadən xəbər verir.
Bundan başqa, ötən il qurumda yaradılmış xidmət kassaları vasitəsilə əhalidən 10,5 milyon manatlıq pul nişanları qəbul edilərək yeniləri ilə əvəz olunub.
2019-cu ildə AMB bütün nominallar üzrə 890 ədəd saxta pul nişanını aşkar edərək tədavüldən çıxararaq hüquq-mühafizə orqanlarına təqdim edib ki, bu da 2018-ci il ilə müqayisədə 21% azdır.
Ümumilikdə ölkə üzrə tədavüldə hər 276 min ədəd kağız pul nişanına 1 ədəd saxta pul nişanı düşüb ki, bu da beynəlxalq təcrübə ilə müqayisədə əhəmiyyətli dərəcədə aşağıdır (Gürcüstan üzrə hər 17 min ədədə, Rusiya üzrə hər 150 min ədədə, avrozonada isə hər 30 min ədədə - 1 ədəd).
Oxşar xəbərlər
Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib - FOTO
Fevralın 28-də Bakıda, Heydər Əliyev Mərkəzində Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VI toplantısı keçirilib. BAKU.WS xəbər verir ki, Azərb...