Məhəmməd Əl Bəşir: "Azərbaycandan Suriyaya ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr qaz ötürüləcək"
Yeniliklərdən dərhal xəbərdar olun
Artıq Azərbaycan qazının Türkiyə ərazisi vasitəsilə Suriyaya nəqli rəsmi şəkildə başlanıb.
BAKU.WS xəbər verir ki, "Report"un Türkiyənin Kilis şəhərinə ezam olunmuş müxbirinin verdiyi məlumata görə, bunu Suriyanın energetika naziri Məhəmməd Əl Bəşir Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya çatdırılmasına başlanılması ilə bağlı keçirilən mərasimdən sonra jurnalistlərə açıqlamasında bildirib.
Nazirin sözlərinə görə, hazırkı infrastruktur ildə 6 milyon kubmetr qazın nəqlinə imkan verir: "Hazırda ilkin mərhələdə gündəlik 3,4 milyon kubmetr təbii qazın ötürülməsi həyata keçiriləcək. Bu imkana və dəstəyə görə azərbaycanlı qardaşlarımıza təşəkkürümü bildirmək istəyirəm. Bu proses, əslində, ölkə prezidentimizin son səfəri zamanı Azərbaycan Prezidenti İlham Əliyevlə keçirdiyi görüşdən sonra mümkün olub".
M.Əl Bəşir əlavə edib ki, bu layihə birbaşa Suriya xalqının rifahına və ölkədə enerji təchizatının davamlı təmin olunmasına xidmət edəcək.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...