Mariam Kvrivişvili: "SOCAR ilə əməkdaşlıq Bakı–Supsa kəmərinin bərpasına imkan yaradacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
Gürcüstan hökumətinin Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) ilə əməkdaşlığı Bakı–Supsa boru kəmərinin fəaliyyətinin bərpasına töhfə verəcək.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu ölkənin iqtisadiyyat və davamlı inkişaf naziri Mariam Kvrivişvili bildirib.
Onun sözlərinə görə, müvafiq razılaşma Bakıya səfər çərçivəsində imzalanıb.
O qeyd edib ki, son illərdə fəaliyyətini dayandıran Bakı–Supsa boru kəmərinin yenidən işə salınması həm regional enerji əməkdaşlığı, həm də Gürcüstanın tranzit rolunun gücləndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır: "Gürcüstan hökuməti danışıqlar nəticəsində SOCAR ilə əməkdaşlığa başlamaq barədə qərar qəbul edib və bu, boru kəmərinin birgə səylərlə bərpasına imkan yaradacaq".
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...