Manatın dövretmə sürəti artıb: AMB son göstəriciləri açıqladı
Bu il oktyabrın 1-nə Azərbaycanın milli valyutası - manatın dövretmə sürəti 3,41 bənd təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, bu, sentyabrın 1-i ilə müqayisədə 0,03 bənd çox, ilin əvvəli ilə müqayisədə 0,04 bənd az, ötən il oktyabrın 1-nə nisbətən isə 0,05 bənd azdır.
AMB-nin statistikasına əsasən, manatın dövretmə sürətinin son 20 il ərzində ən aşağı həddi 2015-ci ilin yanvar ayının yekununda, yəni son illərin ilk devalvasiyası ərəfəsində qeydə alınıb və 2,68 bənd təşkil edib. Bu göstəricinin ən yüksək həddi isə 2005-ci ildə (15,72 bənd) qeydə alınıb.
Oxşar xəbərlər
Buğda istehsalında yeni subsidiya mexanizmi nəyi dəyişəcək?
Azərbaycanda buğda istehsalına milyonlarla manat dövlət dəstəyi göstərilir, məhsuldarlıq artırılır, yeni subsidiya mexanizmləri tətbiq olunur. Buna baxmayaraq,...