Manatı olanlar mütləq oxusun - faizlər artırıldı (VİDEO)

Manatı olanlar mütləq oxusun - faizlər artırıldı (VİDEO)
Video
İqtisadiyyat 1881

Milli valyutada olan qorunan əmanətlər üzrə faiz dərəcəsinin yuxarı həddini illik 12%-dən 15%-ə qaldırılıb.

İqtisadçı ekspert Rəşad Həsənov deyir ki, bu qərarın verilməsində bir neçə məqsəd var. İlk növbədə hökumət milli valyuta olan manata inamın bərpasını hədəfləyib.

Ekspertin sözlərinə görə, bu qayda insanların manata etimadlarını bərpa etməklə yanaşı, əmanətlərin də həcminə müsbət təsir göstərəcək.

Bu qayda xarici valyuta ilə qoyulan əmanətlərə şamil edilmir. Dollar, avro və digər xarici valyutda yerləşdirilən əmanətlər üzrə illik faiz dərəcəsi əvvəlki kimi yenə 3 faizdir. Fondun iştirakçı banklardakı bütün qorunan əmanətlər məbləğindən asılı olmayaraq 3 il müddətində tam sığortalanır.

"Xəzər Xəbər” mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir:

BAKU.WS

Oxşar xəbərlər

Son xəbərlər