Manatı gözləyən böyük təhlükə

Manatı gözləyən böyük təhlükə
İqtisadiyyat 1349

 

"Azərbaycanın Mərkəzi Bankın 16 milyard rezervi vardı indiki zamanda isə 4 milyarddır, Mərkəzi Bank pul rezervinin 75 faizini itirib". 

Bunu BAKU.WS saytına açıqlama verən Vüqar Bayramov söyləyib. Onun sözlərinə görə, manatın məzənəsinin dəyişməsi birbaşa Mərkəzi Bankın keçirdiyi siyasətdən asılı olacaq. 2017-ci ildə strateji yol xəritəsi planına əsasən manat liberal məzənnəyə keçəcək. Bu isə manatın ucuzlaması ilə nəticələnəcək.

Onu qeyd edək ki, Rusiya və Qazağıstan 2014-ci il də liberal məzənnəyə keçən zaman Azərbaycan da liberal məzənəyə keçid etsəydi daha düzgün olardı. İndiki dönəmdə liberal məzənnəyə keçid olmasa real sektora investisiyanın qoyulmasını çətinləşdirəcək.

Mərkəzi Bank pul rezervinin 75 faizini itirib

"Növbəti ildə ölkəyə xarici valutanın əlavə mənbələrdən və real bazar təkliflər hesabına cəlb edə bilinsə liberal məzənnəyə keçid zamanı manatın ucuzlaşmasını optimallaşdıra bilərik. Manatın kəskin ucuzlaşması liberal məzənnəyə hələdə keçid edilməməsi ilə bağlıdır. Liberal məzənnə isə milli valutanın real bazarda yerinin almasına şərait yaradır vaxtında bu keçidi Rusiya və Qazaxıstan edib. Gərək biz də o zaman liberal məzənnəyə keçərdik. Azərbaycan nef qiymətlərinin ucuzlaşdığı zamanı liberal məzənnəyə keçsəydi daha yaxşı olardı. Çünki bu müddət ərzində Azərbaycanın Mərkəzi Bankın 16 milyard rezervi vardı. İndiki zamanda isə 4 milyarddır. Mərkəzi Bank pul rezervinin 75 faizini itirib. Azərbaycan Mərkəzi Bankının o zaman valyutanın stabilləşməsi üçün daha çox rıçaqları vardı. Azərbaycan manatının digər qonşu ölkələrdən fərqli olaraq hələ də qeyri stabil olmasına gəldikdə isə Azərbaycan manatının real dəyərini bazar müəyyənləşdirməyib", - deyə V.Bayramov bildirib.

Gözlənilən yeni ucuzlaşma prosesində əsas itirən tərəf sahibkar və vətəndaşlar olacaq

Mütəxəssis hesab edir ki, milli valutanın real dəyərini bazar özü müəyyənləşdirməlidir: "Nə qədər ki, manatın dəyərini bazar müəyyənləşdirməyib manatın dəyəri mərhələli şəkildə aşağı düşəcək. Müxtəlif statistikalara görə, ölkəyə ehtiyac olunan məhsulların 74 faizi idxal olunur. Bu isə ölkənin idxaldan hələ də aslı olduğunu göstərir. Bu isə öz növbəsində ölkədən xarici valutanın çıxması ilə nəticələnir. Gözlənilən yeni ucuzlaşma ilə bağlı onu demək olar ki, bu prosesdə əsas itirən tərəf sahibkar və vətəndaşlardır. Keçən devalvasiyası zamanı bankalara dəyilən ziyan bir milyard dollarla ölçülür. Yeni devalvasiya olarsa Mərkəzi Bank yerli əhaliyə konfensatsiya ödəməlidir. Onu da qeyd edim ki, strateji yol xəritəsi strategiyasının hazırlanması çox gözəl addımdır. Bu strategiya xarici və daxili ekspertlərin iştirakı ilə hazırlanıb. Bu sənədin fərqi ondan ibarətdir ki, burda dəqiq fəliyyət istiqaməti göstərilib".

Ekspertin sözlərinə görə, neftdən kənar gəlirlərin təmin olunması üçün proiritet sahələr müəyyənləşib və onlardan biri də turizmdir: "Vizaların sadələşməsi və ölkəyə daha çox turist axının cəlb edilməsi ölkəyə daha çox xarici valyutanın axınına gətirib çıxaracaq. Bu sahə qısa müddətli təsir edən sahədir. Digər tərəf isə uzun müddətli planlar var ki, məsələn ağır maşınqayırma və sənayənin digər sahələri var ki onları qısa müddətdə inkişaf etdirmək mümkün deyil. Lakin bu addımlarında atılması çox vacibdir. 2017- ci il üçün proqnoza gəldikdə isə manat gələn il istənilən halda ucuzlaşacaq. Lakin hansı səviyyədə ucuzlaşacağı Mərkəzi Bankdan asılı olacaq. Mərkəzi Bank hazırlıqlı üzən məzənnəyə keçərsə manatın kəskin ucuzlaşmasının qarşısını ala bilər".

Orxan Muxtarlı

BAKU.WS

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər