Maliyyə Nazirliyi 8 ayda 167 milyon manat artıq və əsassız ödəniş aşkar edib
Yeniliklərdən dərhal xəbərdar olun
Bu ilin yanvar-avqust aylarında Maliyyə Nazirliyinin Dövlət Maliyyə Nəzarəti Xidməti Baş Prokurorluğun və hüquq-mühafizə orqanlarının qərarlarına, Xidmətin iş planına və plandankənar yoxlamalara əsasən ümumilikdə 85 obyektdə nəzarət tədbirləri aparıb.
BAKU.WS nazirliyə istinadən xəbər verir ki, bu barədə qurumda keçirilmiş kollegiya iclasında nazir Sahil Babayev məlumat verib.
Onun sözlərinə görə, nəzarət tədbirləri nəticəsində 166,9 milyon manat məbləğində artıq və əsassız ödəniş aşkar edilib.
Həmin vəsaitin dövlət büdcəsinə bərpası ilə əlaqədar, habelə nöqsanlara yol vermiş vəzifəli şəxslər barəsində müvafiq tədbirlərin görülməsi üçün yoxlama materialları hüquq mühafizə orqanlarına göndərilib.
Müzakirələrdə dövlət vəsaitlərinin təyinatı üzrə səmərəli istifadəsinə nəzarətin gücləndirilməsi, nəzarət tədbirlərinin keyfiyyətinin və şəffaflığının artırılması istiqamətində tədbirlərin davam etdiriləcəyi, nəzarət tədbirlərinin növlərindən biri kimi təhlil və monitorinqlərin əhatə dairəsinin genişləndiriləcəyi vurğulanıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...