Maliyyə Nazirliyi 2025-ci ilin dövlət büdcəsinin artırılmasını şərh edib
Maliyyə Nazirliyi Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsinin gəlir və xərclərinin ilkin variantla müqayisədə 1,7 milyard manat artırılmasını şərh edib.
"Report"un məlumatına görə, nazirlik bəyan edib ki, Prezident İlham Əliyevin göstərişinə əsasən büdcənin müdafiə və təhlükəsizlik xərcləri 1 milyard 738 milyon manat artırılaraq 8 milyard 396,3 milyon manata çatdırılıb.
Buna əsas səbəb Ermənistanın genişmiqyaslı militarizasiya siyasətinə cavab tədbirlərinin görülməsi ehtiyacıdır.
"Əlavə xərclərin maliyyələşdirilməsi Azərbaycan Dövlət Neft Fondundan dövlət büdcəsinə transfertin 1 milyard 700 milyon manat artırılması hesabına təmin ediləcək", - deyə nazirlik bəyan edib.
Oxşar xəbərlər
Vitali Bəylərbəyov: "İndiyədək "Şahdəniz"dən 267 milyard kubmetr təbii qaz hasil edilib"
"İndiyədək "Şahdəniz" qaz yatağından 267 milyard kubmetr təbii qaz hasil edilib". BAKU.WS "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkət...