Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb - FOTO
Yeniliklərdən dərhal xəbərdar olun
Lənkəranda yetişdirilən baramanın ilkin tədarükünə başlanılıb.
“Report”un cənub bürosunun məlumatına görə, yem bazasının təminatı üçün ötən il 8 000 yerli şəraitə uyğunlaşdırılmış tut (çəkil) tinglərinin əkini həyata keçirilib. Cari ildə rayonun 1 şəhər, 7 qəsəbə və 33 kəndində ümumilikdə 51 kümçüyə 230 qutu ipəkqurdu sənaye toxumunun paylanması təmin edilib.
Artıq may ayının 29-da Lənkəran üzrə barama tədarükünün ilkin mərhələsi baş tutub. Respublika üzrə ilk tədarükün həyata keçirildiyi Lənkəranda ümumilikdə 1 tona yaxın barama təhvil verilib və yaxın günlərdə növbəti tədarükün həyata keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, baramaçılığın və ipəkçiliyin inkişafı “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018–2025-ci illər üçün Dövlət Proqramı”na uyğun olaraq həyata keçirilir. Lənkəranda da qədim ənənələrin davam etdirilməsi və baramaçılığın inkişafı istiqamətində bütün potensial imkanlarını səfərbər edilib. Ötən il respublika üzrə ən yüksək nəticəni göstərən kümçü Lənkəran ərazisindən olub.
Qalereya
Oxşar xəbərlər
Prezident Sumqayıt Kimya Sənaye Parkında açılış və təməlqoyma mərasimlərində iştirak etdi - FOTO
Azərbaycan prezidenti İlham Əliyev iyulun 20-də Sumqayıt şəhərində olub. BAKU.WS xəbər verir ki, dövlətimizin başçısı əvvəlcə Sumqayıt Kimya Sənaye Parkında yen...