Laçındakı "Hidro-3" layihəsi Azərbaycanın ilk beynəlxalq karbon kreditlərini qazandırdı

Laçındakı Hidro-3 layihəsi Azərbaycanın ilk beynəlxalq karbon kreditlərini qazandırdı
Foto
İqtisadiyyat 31

"SOCAR Trading" və "AzərEnerji" ASC-nin əməkdaşlığı çərçivəsində Laçın rayonunda yerləşən "Mirik" və "Qaraqışlaq" kiçik su elektrik stansiyalarını əhatə edən "Hidro-3" layihəsi beynəlxalq karbon bazarına uğurla daxil olub.

BAKU.WS bu barədə SOCAR-a istinadən xəbər verir.

Bu, Azərbaycanın enerji sektorunda tarixi əhəmiyyətə malik yeni bir nailiyyətdir. Layihəni 28 may 2025-ci il tarixində dünyanın aparıcı karbon sertifikatlaşdırma qurumlarından biri olan "Gold Standard" qeydiyyata alıb, 28 yanvar 2026-cı il tarixində "Hidro-3" layihəsi üzrə karbon kreditləri rəsmi şəkildə təqdim edilib.

Bu, Azərbaycan tarixində bərpa olunan enerji mənbələri üzrə əldə edilmiş ilk beynəlxalq karbon kreditləridir.

Karbon kreditləri 2024-cü ilin aprel ayından 2025-ci ilin avqust ayınadək olan dövrü əhatə edir və ümumi həcmi 10 745 karbon vahidi təşkil edir. Bu göstərici layihənin istixana qazı emissiyalarının azaldılmasına real və ölçülə bilən töhfə verdiyini təsdiqləyir.

Bu nailiyyət Azərbaycanın yaşıl enerji strategiyasının uğurla icra olunduğunu və Qarabağ bölgəsinin bərpa olunan enerji potensialının beynəlxalq səviyyədə tanındığını bir daha nümayiş etdirir.

Laçındakı

Son xəbərlər