Kredit borcu olan bu şəxslərin adları "qara siyahı"ya DÜŞMƏYƏCƏK
"Prezident İlham Əliyev "Kredit büroları haqqında" qanuna edilən dəyişiklikləri təsdiq edib. Azərbaycanda nisyə mal alqı-satqısı ilə məşğul olan hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti göstərən fiziki şəxslər, əgər təqvim ili ərzində nisyə satış dövriyyələri 100 000 manatı keçərsə belə, artıq kredit bürolarına məlumat təqdim etmək öhdəliyindən azad ediliblər".
BAKU.WS xəbər verir ki, bu barədə iqtisadçı deputat Vüqar Bayramov paylaşım edib.
O bildirib ki, əvvəllər bu kateqoriyaya aid sahibkarlar müştərilərinə dair kredit tarixçələrini fəaliyyət göstərən ən azı bir kredit bürosuna təqdim etməyə borclu idilər:
"Adətən kredit tarixçəsinə aid olan məlumatların təqdim olunması inzibati prosedurlar, zaman və eləcə də xərc tələb edirdi. Digər tərəfdən bu öhdəliklərə əməl edilməsinə nəzarət heç də asan deyildi və məsuliyyətə cəlb etmək də mürəkkəb mexanizm idi.
Yeni dəyişiklik bir tərəfdən şirkətlər və vətəndaşlar üçün qaydaların asanlaşmasına və onların kredit tarixçələrinin bu tip əməliyyatlar səbəbindən pisləşməsinin qarşısını alacaq".
"Digər tərəfdən, yeni qaydalar vətəndaşlarımız üçün bu sahədə inzibati prosedurları keçməsi zərurəti aradan qaldırıldığından vəsaitə qənaət etməsinə və onların kreditlər üzrə "qara siyahıya" bu səbəbdən düşməsinin qarşısının almasına gətirib çıxaracaq. Gözlənilir ki, bu, həmçinin bu sahədə aktivliyin artmasına və alqı-satqı dövriyyəsinin genişlənməsinə imkan yaradacaq", - deyə deputat qeyd edib.
Oxşar xəbərlər
Azərbaycan-Britaniya ticarətinin həcmi son 12 ayda 888 milyon funt-sterlinq olub
Son 12 ayda Azərbaycan və Böyük Britaniya arasında ticarətin həcmi 888 milyon funt-sterlinq təşkil edib. BAKU.WS apa-ya istinadən xəbər verir ki, bunu Britaniya...