KOBİA Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin 19-cu İllik Toplantısında iştirak edib - FOTO
Almaniyada işgüzar səfərdə olan KOBİA nümayəndələri INSME-nin 19-cu İllik Toplantısında iştirak edib, bu ölkənin müvafiq qurumları və azərbaycanlı iş adamları ilə görüşüblər.
BAKU.WS xəbər verir ki, bu barədə KOBİA məlumat yayıb.
Almaniyanın paytaxtı Berlin şəhərində Kiçik və Orta Müəssisələr üçün Beynəlxalq Şəbəkənin (INSME) 19-cu İllik Toplantısı keçirilib. Tədbirə INSME-yə üzv ölkələrin müvafiq qurumları, o cümlədən Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də qatılıb.
“KOB-ların gələcək uğurlarında rəqəmsal transformasiya” mövzusunda paneldəki çıxışında KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Agentlik tərəfindən KOB-lara göstərilən dəstək və xidmətlərin elektronlaşdırılması, onların innovativ təşəbbüslərinin dəstəklənməsi barədə məlumat verib. Qeyd edilib ki, sahibkarlara vahid məkanda dövlət və özəl qurumlar tərəfindən xidmətlərin göstərildiyi KOB evlərinin “E-KOB evi” rəqəmsal platformasına keçirilməsi istiqamətində tədbirlər davam etdirilir. KOBİA tərəfindən verilən və sahibkarların innovativ təşəbbüslərinə vergi güzəştlərini nəzərdə tutan “Startap” şəhadətnaməsindən, təhsil, elm, tədqiqat və dəstək istiqamətləri üzrə qrant dəstəyindən faydalanan KOB-ların sayı artmaqdadır. KOBİA sahibkarlara ödənişsiz olaraq digər mövzularla yanaşı, biznesin elektronlaşdırılması, bu sahədə rəqəmsal həllər, e-ticarət barədə məsləhət və təlim xidməti göstərir.
Qeyd edək ki, sıralarında dünyanın müxtəlif ölkələrindən 70-ə yaxın üzvü birləşdirən INSME KOB sahəsində fəaliyyət göstərən qurumlar arasında təcrübə mübadiləsinin genişləndirilməsini, bu sahədə qabaqcıl mexanizmləri, dövlət-özəl dialoqunu və beynəlxalq tərəfdaşlığı təşviq edir. KOBİA 2020-ci ildən INSME-nin üzvüdür. İNSME-nin “KOB-ların gücləndirilməsi: iqtisadi diversifikasiya və yaşıl inkişaf” mövzusuna həsr olunmuş 18-ci İllik Toplantısı KOBİA-nın təşkilatçılığı ilə 2022-ci ildə Bakıda keçirilib.Almaniyaya səfər çərçivəsində KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov Almaniyanın Şərqi Biznes Assosiasiyasının baş icraçı direktoru Mixael Harms ilə görüşüb. İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin – AZPROMO-nun rəhbəri Yusif Abdullayevin də iştirak etdiyi görüşdə ticarət əlaqələrinin genişləndirilməsinə, innovasiyaların təşviqinə və əməkdaşlıq imkanlarına dair fikir mübadiləsi aparılıb.
KOBİA nümayəndələri həmçinin Berlin şəhərində fəaliyyət göstərən azərbaycanlı iş adamları ilə görüşərək Azərbaycan məhsullarının ixracına, xarici ölkələrdə biznes imkanlarına dair fikir mübadiləsi aparıb, Almaniyada milli mətbəximizi təbliğ edən “Qarabağ” restoranının fəaliyyəti ilə də tanış olublar.
Qalereya
Oxşar xəbərlər
KOBİA-nın Müşahidə Şurasının iclası keçirilib - FOTO
İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) Müşahidə Şurasının növbəti iclası keçirilib. BAKU.WS-in KOBİA-ya isti...