KOBİA daha 4 startapa şəhadətnamə verdi
Yeniliklərdən dərhal xəbərdar olun
İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) daha 4 sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verib.
KOBİA-dan BAKU.WS-ə verilən məlumata görə, şəhadətnamə alan bizneslər "Alqoritmik kredit texnologiyaları" MMC, "Delivery Azerbaijan" MMC, fərdi sahibkar Nəzər Allahverdiyev və "Əmir Texniki Xidmətlər” MMC-dir.
Sözügedən KOB subyektləri “Startap” şəhadətnaməsini aldıqları tarixdən innovasiya fəaliyyətindən əldə etdikləri gəlirlər üzrə mənfəət və gəlir vergisindən 3 il müddətinə azad olunur.
“Startap” şəhadətnaməsi almış startapların innovativ həlləri aqrar sahə üzrə istehsal qurğusu, maliyyə texnologiyaları, logistika xidməti və elektron ticarət kimi sahələri əhatə edir.
İndiyə qədər KOBİA 7 mikro və kiçik sahibkarlıq subyektinə “Startap” şəhadətnaməsi verilib. “Startap” şəhadətnaməsi almaq istəyən mikro və kiçik sahibkarlar ətraflı məlumatla və şəhadətnamə almış layihələr barədə KOBİA-nın www.smb.gov.az saytından müvafiq bölmədən tanış ola bilərlər.
Oxşar xəbərlər
Nazirlər Kabineti 2022-ci il dövlət büdcəsi layihəsinin hazırlanması barədə sərəncam verib
Nazirlər Kabineti “Azərbaycan Respublikasının 2022-ci il dövlət büdcəsi layihəsinin, habelə ölkənin iqtisadi və sosial inkişaf konsepsiyasının və proqnoz göstər...