Kəlbəcərdə fəaliyyət göstərən müəssisələrin sayı 6 dəfə artıb
Yeniliklərdən dərhal xəbərdar olun
2024-cü ildə Qarabağ iqtisadi rayonunda fəaliyyət göstərən 145 müəssisənin 34-ü Bərdə rayonunun payına düşüb.
BAKU.WS xəbər verir ki, "Report"un Dövlət Statistika Komitəsinin məlumatları əsasında apardığı hesablamalarına əsasən, 2023-cü ilə nisbətən Bərdədə müəssisə sayı 10 %, 2020-ci ilin göstərici ilə müqayisədə isə 31 % artıb.
Bununla yanaşı Ağdam rayonunda 32 ədəd (1 il əvvələ nisbətən 39 % çox, son 5 ildə - 2,7 dəfə çox), Füzuli rayonunda 25 ədəd (+32 % və +92 %), Ağcabədi rayonunda 18 ədəd (+13 % və +38 %), Tərtər rayonunda 16 ədəd (-6 % və +2 dəfə), Şuşa rayonunda 6 ədəd (+20 % və +3 dəfə), Xocavənd rayonunda 6 ədəd (+20 % və +2 dəfə), Xocalı rayonunda 2 ədəd (+2 dəfə və +2 dəfə), Xankəndi şəhərində 4 ədəd (əvvəlki illərdə olmayıb) və Ağdərə rayonunda 2 ədəd (əvvəlki illərdə olmayıb) müəssisə fəaliyyət göstərib.
Hesabat dövründə Şərqi Zəngəzur iqtisadi rayonunda 38 müəssisə (+52 % və 2,9 dəfə) fəaliyyət göstərib ki, onların da 11-i (+57 % və +3,7 dəfə) Cəbrayıl rayonunun, 9-u (+13 % və +80 %) Laçın rayonunun, 7-si (+3,5 dəfə və +3,5 dəfə) Qubadlı rayonunun, 6-sı (+50 % və +6 dəfə) Kəlbəcər rayonunun, 5-i (+25 % və +2,5 dəfə) isə Zəngilan rayonun payına düşüb.
Oxşar xəbərlər
Azərbaycanın valyuta ehtiyatları dünya normasını 13 dəfədən çox üstələyir
Azərbaycanın strateji valyuta ehtiyatları 4,3 milyard ABŞ dolları artaraq 89,4 milyard ABŞ dolları səviyyəsinə yüksəlib. BAKU.WS "Report"a istinadən xəbər verir...