Kazino fəaliyyətindən gələn gəlirlərin iqtisadi rolu: Ekspertlər aktual məsələdən danışdılar

Kazino fəaliyyəti əyləncə sektorunun əsas sahələrindən biri olmaqla yanaşı, həm də ölkələr üçün əhəmiyyətli gəlir mənbəyidir.
Bu baxımdan dünyada ABŞ və Çin, regionda isə Rusiya və Gürcüstan bu sahədə nümunə göstərilə bilər. Kazino fəaliyyətinin potensial gəlir mənbəyi olması Azərbaycan üçün də aktualdır.
Bu mənada ölkəmizdə kazino fəaliyyətinin başlanması vergi yığımlarına töhfəsini verə bilər. Kazino fəaliyyətinə həmçinin qeyri-neft sektoru müstəvisində yanaşdıqda, bu, sektorun şaxələndirilməsi ilə böyüməsi deməkdir. Bu isə vergi yığımlarında qeyri-neft sektorunun payının artması deməkdir.
Millət vəkili Vüqar Bayramov hesab edir ki, kazino fəaliyyəti bu sektordan vergi daxilolmalarına təsir edəcək.
"Azərbaycana gələn turistlərin sayının artması və onların göstərilən xidmətlərdən geniş istifadə etmələri dövlət büdcəsinə vergi daxilolmalarının artmasına müsbət təsir göstərir. Bu kontekstdə gözlənilən odur ki, yeni fəaliyyət dövlət büdcəsinə xüsusən də qeyri-neft sektorundan daxilolmaların artmasına müsbət təsir göstərəcək", - deyə o əlavə edib.
Hazırda Vergi Məcəlləsinə əsasən, mənfəət vergisinin dərəcəsi 20 faiz təşkil edir. Fiziki şəxslərin gəlir vergisi isə 14 faizdən başlayır. Lakin kazino fəaliyyətinin potensialı bu sahənin daha yüksək faiz dərəcəsində vergiyə cəlb edilməsinə imkan verir. Bu da vergi yığımı istiqamətində əlavə bir imkandır.
Ətraflı Baku TV-nin süjetində:
Oxşar xəbərlər
SOCAR yeni istiqrazlarına görə növbəti kupon ödənişini həyata keçirib
Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 1 noyabr 2021-ci ildə daxili kapital bazarları üçün buraxdığı yeni istiqrazlara görə növbəti kupon ödənişini həyat...