İsveçrə Azərbaycana birbaşa investisiyaları 5 dəfə artırıb
İsveçrənin Azərbaycan iqtisadiyyatına 2025-ci ildə birbaşa xarici investisiyaları (BXİ) 326,378 milyon ABŞ dolları təşkil edib.
BAKU.WS Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki, investisiyaların həcmi il ərzində 5,07 dəfə və ya 262,009 milyon ABŞ dolları artıb.
Azərbaycana qoyulan birbaşa xarici investisiyaların ümumi həcmində İsveçrədən olan investisiyaların payı 4,9 % təşkil edir.
Azərbaycan ötən il İsveçrə iqtisadiyyatına 37,833 milyon ABŞ dolları investisiya yatırıb (il ərzində 99,94 % azalıb), Azərbaycanın bu ölkəyə birbaşa xarici investisiyaların ümumi BXİ-nin həcmindəki payı isə 1,5 % təşkil edib.
Xatırladaq ki, 2025-ci ildə Azərbaycan iqtisadiyyatına birbaşa xarici investisiyalar 6,595 milyard ABŞ dolları (il ərzində 6,4 % azalıb) təşkil edib, Azərbaycan isə xaricə 2,528 milyon ABŞ dolları (43,4 % artımla) investisiya yatırıb.
Oxşar xəbərlər
Kreditlərin verilməsi ilə bağlı yenilik: Ekspert yeni mexanizmin detallarını açıqladı
"Azərbaycanda könüllü kredit qadağası mexanizminin tətbiqi üzrə işlər yekunlaşma mərhələsindədir. Bu mexanizm vasitəsilə vətəndaşlar öz adlarına məsafədən kredi...