İraq Ceyhan limanı vasitəsilə neft ixracını artırmaq niyyətindədir
İraq Türkiyənin Aralıq dənizindəki Ceyhan limanı vasitəsilə neft ixracını sutkada 1,5 milyon barelədək artırmaq niyyətindədir.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İraqın neft naziri Basim Məhəmməd Xudeyr bildirib.
Onun sözlərinə görə, hazırda Türkiyə ilə imzalanmış saziş sutkada 750 min barelə qədər neft ixracını nəzərdə tutur. Lakin tərəflər bu il ərzində həmin göstəricini iki dəfə artırmağa imkan verəcək yeni saziş hazırlamağı planlaşdırırlar.
Xudeyr qeyd edib ki, Bağdad və Ankaranın neft-qaz sahəsində əməkdaşlığı Ceyhan vasitəsilə tranzitlə məhdudlaşmır. Onun sözlərinə görə, tərəflər həmçinin investisiyalar, İraqda yataqların işlənməsi, neft hasilatı və emalı sahələrində İraq ilə Türkiyə şirkətləri arasında strateji tərəfdaşlığın yaradılması barədə intensiv danışıqlar aparırlar.
Oxşar xəbərlər
Brent neftinin qiyməti 91 dolları ötüb
Brent markalı neftin London ICE birjasındakı qiyməti 2026-cı il iyulun 31-dən bəri ilk dəfə 91 dollar/barel həddini keçib. BAKU.WS "Report"a istinadən xəbər ver...