İranlı nazir: Gələn ay Bakıda Rəşt-Astara dəmiryolunun inşa vəziyyəti müzakirə ediləcək
Azərbaycan, İran və Rusiya rəsmiləri gələn ay Bakıda Rəşt-Astara dəmir yolu layihəsinin inşa vəziyyətini müzakirə edəcəklər.
BAKU.WS İRNA-ya istinadən xəbər verir ki, bu barədə İranın yol və şəhərsalma naziri Fərzanə Sadeq bildirib.
Onun sözlənrə görə, gələn ay Bakıda Azərbaycan, İran və Rusiya rəsmilərinin görüşü olacaq.
Fərzanə Sadeq bu ilin sonuna qədər Rəşt-Astara dəmir yolu üçün müvafiq torpaq sahələrinin alınması işinin həll olunacağını bildirib:
"Prezident Məsud Pezeşkian dəhliz layihələrini şəxsən izləyir. Buna görə də Proqram və Büdcə Təşkilatının köməyi ilə resurs təminatını prioritet olaraq gündəliyimizə daxil etmişik və cari ilin sonuna qədər lazım olan torpaqların alınması işini tamamlayacağıq".
Nazir əlavə edib ki, Rəşt-Astara dəmir yolu tikintisinin yekunlaşması ilə Hindistandan Danimarkaya qədər nəqliyyat əlaqəsi təmin olunacaq.
Oxşar xəbərlər
SOCAR-ın prezidenti "DeGolyer and MacNaughton" şirkətinin sədri ilə görüşüb
Noyabrın 14-də SOCAR-ın prezidenti Rövşən Nəcəf "DeGolyer and MacNaughton" şirkətinin sədri və baş icraçı direktoru Con Vallas ilə görüşüb. BAKU.WS xəbər verir...