İran və Rusiya Azərbaycanla sərhəddən Fars körfəzinədək dəmir yolunun çəkilişini müzakirə edirlər
Yeniliklərdən dərhal xəbərdar olun
İran və Rusiya rəsmiləri Azərbaycanla sərhəddəki Parsabad şəhərindən Fars körfəzinin sahilindəki Bəndər-Abbas şəhərinə qədər dəmir yolunun inşasını müzakirə edirlər.
Bu barədə İranın Moskvadakı səfiri Kazım Cəlali bildirib.
"Rəşt-Astara dəmir yolu xəttinə əlavə olaraq, rusiyalılar Parsabad ilə Bəndər-Abbas arasında dəmir yolunun tikintisinə sərmayə yatırmaq istəyirlər", - deyə səfir İran Prezidenti Məsud Pezeşkian ilə görüşündə bildirib.
Pezeşkian qeyd edib ki, şimaldan cənuba doğru dəmir yollarının genişləndirilməsi ölkə xalqına, iqtisadiyyata fayda gətirəcək və Rusiya ilə İranın iqtisadi ehtiyaclarını təmin edə bilər. O, Rəşt-Astara marşrutunun tikintisinin sürətləndirilməsi ilə bağlı tapşırıq verib.
Oxşar xəbərlər
Ucuz maşınlar satışa çıxarıldı - 2 manatdan 13 min manatdək... - QİYMƏTLƏR
Azərbaycanda dövlət qurumlarının və müxtəlif təşkilatların balansında olan 22 nəqliyyat vasitəsi hərrac yolu ilə satışa çıxarılacaq. Avtomobillər arasında təcil...