İran və Azərbaycan Astara dəmiryolu terminalında əməkdaşlığı müzakirə ediblər
Yeniliklərdən dərhal xəbərdar olun
İyulun 23-də İran və Azərbaycan dəmir yollarının nümayəndələri Astara şəhərində yerləşən dəmiryolu terminalını ziyarət ediblər. Nümayəndə heyətinə İran Dəmir Yollarının rəhbəri Cabbarəli Zəkəri Serdrudi, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Rövşən Rüstəmov və digər rayon və şəhər rəsmiləri daxildir.
Oxu.Az xəbər verir ki, bu barədə "Azad İran" "Telegram" kanalı məlumat yayıb.
Məlumata görə, tərəflər dəmiryolu terminalında və taxıl anbarında aparılan işlərin gedişatı ilə tanış olublar. Həmçinin, iki ölkə nümayəndələrinin və Gilan vilayətinin administrasiyasının iştirakı ilə görüş keçirilib, burada mövcud problemlər və onların həlli yolları müzakirə olunub.
Oxşar xəbərlər
SOCAR Türkiyədə nafta istehsalını 17 %-ə yaxın artırıb
Bu ilin sentyabr ayında Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Türkiyədəki aktivi olan STAR neft emalı zavodu (NEZ) 151 min 357 tona yaxın nafta istehsal edi...