İran Rəşt-Astara dəmir yolunun tikintisinə başlayacağı vaxtı açıqladı
"Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolunun tikintisinə başlamaq üçün torpaq sahələrinin özgəninkiləşdirilməsi prosesi martın 20-dək başa çatdırılacaq.
BAKU.WS "Report"a istinadən xəbər verir ki, bu barədə İranın Rusiyadakı səfiri Kazım Cəlali bildirib.
Diplomat əlavə edib ki, hazırda İran hökuməti gələcək marşrutun 162 km-lik hissəsindən 110 km torpaq sahəsini artıq mülkiyyətçilərdən satın alıb.
Cəlalinin sözlərinə görə, nəqliyyat kommunikasiyalarının inkişafı Rusiya ilə İran arasında ikitərəfli ticarət dövriyyəsini ortamüddətli perspektivdə beş milyard dollardan 30 milyard dollara qədər artırmağa imkan verəcək.
Qeyd edək ki, "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi Rusiyanın dəmiryol xətlərini Azərbaycan ərazisi vasitəsilə İran və Yaxın Şərq, eləcə də Cənubi Asiya ölkələri ilə birləşdirməyi nəzərdə tutur. Hazırda yolun yalnız İran hissəsi tamamlanmayıb.
Təxmini dəyəri 1.6 milyard avro olan Rəşt-Astara hissəsinin tikintisi layihəsi 2023-cü ilin mayında Tehranda imzalanmış İran-Rusiya hökumətlərarası sazişindən sonra həyata keçirilməyə başlanıb.
Oxşar xəbərlər
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin artımını qeyd ediblər
Azərbaycan və Sloveniya qarşılıqlı ticarət həcminin və energetika sahəsində əməkdaşlığın artan dinamikasını qeyd ediblər. BAKU.WS "Report"a istinadən xəbər veri...