İqtisadiyyat Naziri: Hazırda 7 qiqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür

Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu,ənənəvi yanacaq mənbələrindən artıq bərpa olunan mənbələrinə keçməkdədir.
BAKU.WS xəbər verir ki, bunu "Trendyol Group"-un baş direktoru Erdem İnan "PAŞA Holdinq" MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən "INMerge" Innovasiya Sammitində bildirib.
Nazir bildirib ki, Azərbaycan bu sahədə öz neft və qaz ixracı ilə yanaşı, artıq yaşıl elektirik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb.
"Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda 7 qiqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür", - nazir qeyd edib.
Xatırladaq ki, PAŞA Holding-in təşkilatçılığı ilə həyata keçirilən bu sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.
Oxşar xəbərlər
Azərbaycan neftinin qiyməti büdcədəki həddi keçib
Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin 1 barelinin qiyməti 0,92 ABŞ dolları, yaxud 1,3 % artaraq 70,16 ABŞ dolları təşkil edib. BAKU.WS xəbər...
