Gürcüstanın Azərbaycandan idxalı 17% azalıb

Gürcüstanın Azərbaycandan idxalı 17% azalıb
İqtisadiyyat 72

Bu ilin ilk 7 ayında Gürcüstan Azərbaycandan 277,8 milyon ABŞ dolları dəyərində məhsul idxalı həyata keçirib.

BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə ölkənin Milli Statistika İdarəsinin hesabatında bildirilir. Qonşu ölkə Azərbaycan məhsullarının idxalını illik müqayisədə 16,9% azaldıb.

Yanvar-iyul aylarında Gürcüstanın ümumi idxalında Azərbaycanın payı 6,5%-ə bərabər olub. Bu göstərici ilə Azərbaycan qonşu ölkənin Türkiyə, Rusiya və Çindən sonra dördüncü əsas idxal tərəfdaşı olub.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər