“Fitch”: "Azərbaycanın bank sektorunun maliyyə sabitliyi daha da yaxşılaşacaq"
Yeniliklərdən dərhal xəbərdar olun
“Fitch Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycan banklarının əməliyyat mühiti üzrə “b+” səviyyəsində olan reytinqi üzrə proqnozunu "sabit"dən "müsbət"ə doğru dəyişib.
"Report" "Fitch"ə istinadən xəbər verir ki, bu, yüksək tsiklikliyə malik Azərbaycan iqtisadiyyatında maliyyə sabitliyinin yaxşılaşmağa davam edəcəyi ilə bağlı gözləntiləri əks etdirir.
"Bu, yerli bankların daha güclü maliyyə xüsusiyyətləri və tənzimləyici nəzarətin gücləndirilməsi sayəsində mümkün olacaq. Tənzimləyici nəzarətin gücləndirilməsi həm də aktivlərin keyfiyyətinə təsir edən miras qalmış risklərin yumşaldılmasına gətirib çıxarır", - agentlik qeyd edib.
Oxşar xəbərlər
Maliyyə Nazirliyi: “Fitch Ratings" bir sıra qeyri-dəqiq, mübahisəli rəqəmlər, proqnozlar verib"
Maliyyə Nazirliyi bu ilin iyun ayında "Standard and Poor’s" ("S&P") beynəlxalq kredit reytinq agentliyinin təsdiq etdiyi reytinq üzrə proqnoz göstəricisi ilə mü...