Fermerlərə ŞAD XƏBƏR: 800 manat subsidiya veriləcək - VİDEO

23
sen
2019
09:18
Subsidiya hər hektara görə ödəniləcək.BAKU.WS "Realtv"-yə istinadən xəbər verir ki, gələn ildən Azərbaycanda fermerlərə intensiv meyvə bağlarının hər hektarına görə subsidiya veriləcək.Subsidiyanın məbləği 800 manat olacaq.Vüqar Hüseynovun sözlərinə görə, subsidiyalar ilk 4 il ərzində ödəniləcək. Beşinci ildən isə intensiv meyvə bağlarına 240 manat əkin subsidiyası ödənilməsi nəzərdə tutulur.2019-cu ildən əvvəl salınmış intensiv və intensiv olmayan meyvə bağlarına əkin subsidiyası 1,2 əmsalla ödəniləcək , deyə Vüqar Hüseynov bildirib.Vüqar Hüseynovun sözlərinə görə, 2019-ci ildə 10 intensiv bağ salmış fermer 8000 manat subsidiya alacaq. İlk 4 il başa çatdıqdan və bağlar məhsula düşdükdən sonra fermerə 2400 manat subsidiya ödəniləcək.
Oxşar xəbərlər
Bu şəxslərə 10 manat veriləcək - RƏSMİ
Kənd Təsərrüfatı Nazirliyində arıçılıqla məşğul olan fiziki və hüquqi şəxslərə saxladıqları hər arı ailəsinə (pətəyə) görə subsidiyanın verilməsi üzrə Respublik...
