Ev almaq istəyənlərə ŞAD XƏBƏR: Kapital artırıldı

İpoteka və Kredit Zəmanət Fondunun nizamnamə kapitalı 85 milyon manat artırılaraq 1 milyard 153 milyon manata çatdırılıb. Bununla bağlı Azərbaycan Prezidenti fərman imzalayıb.
BAKU.WS xəbər verir ki, iqtisadçı-deputat Vüqar Bayramov fərmanın ipoteka ilə ev almaq istəyənlərə təsiri ilə bağlı paylaşım edib.

Deputat deyib ki, dövlət büdcəsindən ayrılan bu vəsaitlər sosial ipoteka kreditlərinin maliyyələşdirilməsi üçün istifadə olunur:
"Praktik olaraq, hər maliyyə ilində güzəştli ipoteka kreditlərinin verilməsi üçün ayrılmalar olur və həmin ilin payızında vəsait nizamnamə kapitalına əlavə olunur.
Bütövlükdə, fondun nizamnamə kapitalı artdıqca daha çox ipoteka kreditlərinin təklifi mümkün olur. Bu, eyni zamanda güzəştli şərtlər ilə kreditlərinin portfelini də genişləndirir. Deməli, bu həmçinin daha çox vətəndaşlarımız üçün güzəştli ipoteka krediti götürmək imkanı deməkdir.
İndiyədək fond tərəfindən 54 918 ipoteka krediti verilib. Verilmiş ipoteka kreditlərinin məbləği isə 3 milyard 560 milyon manatdan çoxdur", - deyə o bildirib.
Oxşar xəbərlər
Azad olunmuş torpaqlarda inkişaf - SOCAR 2024-cü ildə nələr etdi?
SOCAR-ın "Azəriqaz" İstehsalat Birliyi 2024-cü ildə Xankəndi şəhərində 31 binada 819 mənzilə təbii qazın verilməsini təmin edib. Bu barədə şirkətin 2024-cü il ü...
