Ən yüksək və ən aşağı əmək haqqı bu sahələrdədir – SİYAHI
02
may
2019
13:43
2019-cu yanvar-fevral aylarınin ilkin məlumatlarına əsasən əvvəlki ilə nisbətən işçilərin orta aylıq nominal əməkhaqqı 6,5 faiz artaraq 794,1 manat olub.BAKU.WS “qaynarinfo”ya istinadən xəbər verir ki, ən yüksək orta aylıq əmək haqqı sənaye, maliyyə və sığorta fəaliyyəti,peşə, elmi və texniki fəaliyyət, informasiya və rabitə, tikinti fəaliyyəti göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə, ən aşağı əmək haqqı isə səhiyyə və sosial xidmətlər, kənd təsərrüfatı,daşınmaz əmlakla əlaqədar əməliyyatlar, təhsil, istirahət, əyləncə və incəsənət sahələrində fəaliyyət göstərən müəssisə və təşkilatlarda çalışan işçilərdə olub.
Oxşar xəbərlər
Azərbaycanda orta aylıq əmək haqqı 555 manata çatıb
Bu il martın 1-nə Azərbaycan iqtisadiyyatında muzdla çalışan işçilərin sayı ötən ilin eyni dövrü ilə müqayisədə 1,2% artaraq 1 534,3 min nəfər təşkil edib. BAKU...