Elman Rüstəmovdan manatın məzənnəsi ilə bağlı YENİ AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda valyuta satışlarında azalma müşahidə olunur, düşününrəm ki, əhalimizin milli valyutaya inamı artıb".
BAKU.WS “Report”a istinadən xəbər verir ki, bunu mətbuat konfrasında Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Elman Rüstəmov deyib.
O bildirib ki, cari ildə də manatın məzənnəsi sabiyt olacaq və dayanıqlılığı qorunub saxlanılacaq.
Qeyd edək ki, 2021-ci ildə Azərbaycan Dövlət Neft Fondu (ARDNF) 6 milyard 688 milyon ABŞ dolları məbləğində valyuta satışı həyata keçirib. Bu, 2020-ci illə müqayisədə 8,4 % azdır.
Təkcə dekabr ayında ARDNF-in valyuta satışının məbləği 989,1 milyon ABŞ dolları təşkil edib. Bu isə əvvəlki ilin dekabr ayına nisbətən 55,1 % çoxdur.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyi 2022-2025-ci illər üçün manatın dollara nisbətən orta məzənnəsini 1,7AZN/1 ABŞ dolları səviyysində proqnozlaşdırır.
“Güman edirik ki, Azərbaycan manatın ABŞ dollarına qarşı 1 ABŞ dolları/1,7 manat səviyyəsində olan sərt bağlılığını qoruyub saxlayacaq, valyuta bazarında hökumətin mütəmadi müdaxilələri buna imkan yaradır”, - agentlik qeyd edir.
Oxşar xəbərlər
Nazirlər Kabinetində qlobal enerji bazarında vəziyyətə dair müşavirə keçirilib
Martın 11-də Azərbaycan Respublikasının Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə qlobal enerji bazarında vəziyyət və onun ölkə iqtisadiyyatına t...