Elektron viza ilə bağlı YENİLİK
Yeniliklərdən dərhal xəbərdar olun
Prezident İlham Əliyev “Turizm haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanununu təsdiq edib.
BAKU.WS-in məlumatına görə, dəyişikliyə əsasən, birdəfəlik və ya çoxdəfəlik elektron vizanın verilməsi ilə bağlı müraciətə ən geci 3 iş günü müddətində, birdəfəlik elektron vizanın sürətləndirilmiş qaydada alınması üçün müraciət edildikdə ən geci 3 saat ərzində, birdəfəlik elektron vizanın Azərbaycan Respublikasının beynəlxalq hava limanlarında alınması üçün müraciət edildikdə isə real vaxt rejimində baxılır, imtina üçün əsas olmadıqda müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada viza veriləcək.
Oxşar xəbərlər
Turistlərə elektron vizaların verilməsi qaydaları dəyişir
Azərbaycanda "Turizm haqqında" qanuna turizm vizası və turistlərə elektron vizaların verilməsi ilə bağlı dəyişiklik edilir. BAKU.WS-in məlumatına görə, bununla...