Ekspertdən qiymət artımı ilə bağlı açıqlama - VİDEO
Yeniliklərdən dərhal xəbərdar olun
Azərbaycanda bəzi məhsulların qiymətləri enəcəyi gözlənilir.
Maliyyə Nazirliyinin məlumatına görə, 2023-cü ilin birinci yarısında orta illik inflyasiya 12,7 faiz olsa da, ilin sonunda bu rəqəmin 10 faiz səviyyəsinə enəcəyi proqnozlaşdırılır.
Bununla belə, iqtisadçı Elman Sadıqov qiymətlərin enəcəyini real hesab etmir.
Ekspert inflyasiya ilə bağlı obyektiv və subyektiv səbəblər olduğunu deyir:
“Obyektiv səbəblər hamıya bəllidir. Ən əsas məsələ subyektiv səbəblərin öyrənilməsidir. İnflyasiyaya hansı amillər təsir göstərir? Yaxud nə üçün dünya bazarında qiyməti düşən bəzi məhsullar Azərbaycanda ucuzlaşmır? Həmin məhsulların qiyməti qalxan kimi Azərbaycanda da qiymətlər artır, amma ucuzlaşma olanda bunu müşahidə etmirik”.
Ekspertin sözlərinə görə, “taxıl sazişi”, Rusiya-Ukrayna müharibəsinin gedişi və Belarusla bağlı məsələlər qiymətləri daha da artıra bilər.
Qeyd edək ki, rəsmi statistikaya görə, 2023-cü ilin mart ayından başlayaraq qiymət artımları bir qədər səngiyib. May və iyunda əvvəlki aylarla müqayisədə cüzi ucuzlaşma qeydə alınıb.
Ətraflı videonu təqdim edirik:
Oxşar xəbərlər
Vüsal Qasımlı: “Azərbaycan hökuməti inflyasiyanı optimal həddə endirəcək” - MÜSAHİBƏ + FOTO
Hazırda qlobal iqtisadi artımın yavaşıması fonunda yüksək inflyasiya çağırışı dünya iqtisadiyyatının bir hissəsi olan Azərbaycandan da yan keçməyib. Buna baxmay...