"Edvgerial.az"dan vətəndaşlara qaytarılan pullarla bağlı AÇIQLAMA
Yeniliklərdən dərhal xəbərdar olun
2021-ci il üçün Dövlət Vergi Xidmətinin əsas prioriteti daxili bazarın dəstəklənməsi və stimullaşdırılmasıdır.
BAKU.WS Trend-ə istinadən xəbər verir ki, bunu Dövlət Vergi Xidməti rəhbərinin vəzifələrini icra edən Orxan Nəzərli "Post-pandemiya dövründə vergi sistemi" adlı konfransda deyib.
O bildirib ki, kölgə iqtisadiyyatı ilə mübarizənin davam etdirilməsi planlaşdırılır:
"2022-ci ilin sonunadək Azərbaycanda bütün kassa aparatları yeni nəsil aparatlarla əvəz olunacaq. Hazırda ticarət və ictimai iaşə müəssisələrində 23 mindən çox yeni nəsil elektron kassa aparatları quraşdırılıb".
O.Nəzərli əlavə edib ki, "ƏDVgerial" layihəsi nağdsız ödənişlərə marağın artmasına səbəb olub. Ötən il layihə çərçivəsində vətəndaşlara 33,4 milyon manat vəsait qaytarılıb:
"Hazırda edvgerial.az portalında 900 mindən çox istifadəçi qeydiyyata alınıb".
Oxşar xəbərlər
Milli Məclis 2020-ci il dövlət büdcəsinə dəyişiklikləri qəbul edib
Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsinin gəlirləri 24 milyard 124 milyon manat, xərcləri 27 milyard 492 milyon 200 min manat (o cümlədən, mərkəzl...