Dünyada kredit borcu ən yüksək olan ölkələr – araşdırma
Qlobal maliyyə göstəricilərinə görə, bəzi ölkələrdə əhalinin kredit və ümumi borc yükü digər dövlətlərlə müqayisədə xeyli yüksəkdir. Bu göstərici adətən ev təsərrüfatlarının gəlirinə nisbətdə borc səviyyəsi ilə ölçülür.
BAKU.WS xəbər verir ki, beynəlxalq iqtisadi göstəricilərə əsasən, ən yüksək ev təsərrüfatı borcu olan ölkələr sırasında İsveçrə, Avstraliya, Kanadavə Niderland öndə gedir.
Eyni zamanda Cənubi Koreya və ABŞ da yüksək kreditləşmə səviyyəsi ilə seçilən ölkələr sırasındadır.
Mütəxəssislər bildirir ki, bu ölkələrdə yüksək borc səviyyəsi əsasən aşağı faizli kreditlərə çıxış, mənzil qiymətlərinin yüksək olması və istehlak kreditlərinin geniş yayılması ilə bağlıdır. Xüsusilə daşınmaz əmlak bazarının bahalılığı əhalini uzunmüddətli ipoteka kreditlərinə yönəldir.
Araşdırmalar göstərir ki, inkişaf etmiş iqtisadiyyatlarda kreditdən istifadə geniş yayılsa da, bu, eyni zamanda əhalinin borc yükünü artırır. Mütəxəssislər maliyyə sabitliyi üçün şəxsi borclanmanın idarə olunmasının vacibliyini vurğulayır
Oxşar xəbərlər
Bakıda 6-cı Startap Forumu keçirilir
Bu gün Azərbaycanın ən önəmli biznes təhsil tədbirlərindən biri olan 6-17 yaşlı uşaqlar və yeniyetmələr arasında 6-cı Startap Forumu keçirilir. BAKU.WS report-a...