Dövlət Vergi Xidmətinin xətti ilə büdcə daxilolmaları 2 %-ə yaxın artıb
Bu ilin yanvar-oktyabr aylarında İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin xətti ilə dövlət büdcəsinə daxilolmalar 14 milyard 378,4 milyon manat təşkil edib.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə qurum məlumat yayıb.
Qeyd edilib ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,6 % çoxdur.
Vergi daxilolmaları proqnozdan 5,5 % çox icra edilib.
10 aylıq vergi daxilolmalarının 10 milyard 411,8 milyon manatı qeyri-neft-qaz sektorunun payına düşüb. Bu isə 1 il əvvələ nisbətən 9 %, proqnozdan isə 3 % çoxdur.
Xatırladaq ki, bu il Dövlət Vergi Xidməti büdcəyə 15,5 milyard manat vəsait köçürməlidir. Beləliklə, 10 ay ərzində həmin məbləğin 92,8 %-i təmin olunub.
Oxşar xəbərlər
İranda neft tanker partlayıb, on nəfər ölüb
İranın Sənəndəc şəhərində yanacaq tankeri partlayıb, ölənlər var. BAKU.WS "Report"a istinadən xəbər verir ki, yanacaq tankerinin partlaması nəticəsində on nəfər...