Dövlət Vergi Xidmətində yeni təyinat
Yeniliklərdən dərhal xəbərdar olun
Dövlət Vergi Xidmətində yeni təyinat olub.
BAKU.WS xəbər verir ki, Mirzə Vahid oğlu Mirzəyev Vergi ödəyicilərinin qeydiyyatı və uçotu baş idarəsinə rəis təyin edilib.
Qeyd edək ki, Mirzə Mirzəyev 1992-ci ildə Bakı şəhərində anadan olub. 2012-ci ildə Bakı Dövlət Universitetinin iqtisadi kibernetika ixtisası üzrə bakalavr təhsilini başa vurub. Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasında iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə magistr təhsili alıb. Əlavə olaraq, Böyük Britaniyanın Queen Mary universitetində dövlət proqramı çərçivəsində maliyyə və bank işi ixtisası üzrə fərqlənmə ilə magistr dərəcəsi əldə edib.
2011-ci ildə mühasibatlıq və maliyyə sahəsi üzrə beynəlxalq səviyyədə tanınan CIMA sertifikatına yiyələnmişdir.
2016-2019-cu illərdə Azərbaycan Dövlət İqtisad Universitetində pedoqoji fəaliyyətlə məşğul olub.
2010-2013-cü illərdə İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində, 2014-2018-ci illərdə Təhsil Nazirliyində müxtəlif vəzifələrdə çalışmışdır.
2018-ci ildən bu təyinata qədər Vergilər Nazirliyinin Vergi auditi baş idarəsində dövlət vergi müfəttişi, şöbə rəisi və baş idarə rəisinin müavini vəzifələrində çalışıb.
Oxşar xəbərlər
Ucuz maşınlar satışda - "Kia Sorento" - 9 min AZN - QİYMƏTLƏR
19 dekabr tarixində hərraca çıxarılan nəqliyyat vasitələrinin siyahısı açıqlanıb. BAKU.WS xəbər verir ki, hərraca 79 nəqliyyat vasitəsi çıxarılıb. Hərraca çıxar...