Dollarda bahalaşma dalğası davam edir (CƏDVƏL)

Dollarda bahalaşma dalğası davam edir (CƏDVƏL)
İqtisadiyyat 911

 

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. 

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi ucuzlaşıb. Avropanın vahid valyutası 1,1202-dən 1,1183 AZN-ə geriləyib. 

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0509-dan 1,0510 AZN-ə yüksəlib. Rus rublunun məzənnəsi də bahalaşıb. Rubl 0,0160-dan 0,0162 AZN-ə yüksəlib.  

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Dollarda bahalaşma dalğası davam edir (CƏDVƏL)

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

Dollar Azərbaycanda son 7 ayın rekordunu vurdu (CƏDVƏL)

Dollar Azərbaycanda son 7 ayın rekordunu vurdu (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuz...

3503 Şou-biznes 09:44 17 noyabr 2015

Son xəbərlər