Dollar iki ilin ən yüksək göstəricisinə çatıb
Dollar əsas dünya valyutalarına nisbətən son iki ilin ən yüksək səviyyəsinə çatıb.
BAKU.WS xəbər verir ki, bu barədə lenta.ru məlumat yayıb.
Dollar indeksi (DXY), 2022-ci ilin 10 noyabr tarixindən bəri ilk dəfə 110 bəndi keçib.
Dolların dəyər qazanmasının əsas səbəbi ABŞ-də məşğulluq haqqında açıqlanan məlumatlar olub. Yeni iş yerlərinin sayı analitiklərin gözləntilərini üstələyib ki, bu da Federal Ehtiyat Sistemi (FED) tərəfindən faiz dərəcələrinin azaldılmasının ləngidilməsinə səbəb ola bilər.
Eyni zamanda, Avrozonada və Böyük Britaniyada faiz dərəcələrinin yenidən azaldılması planlaşdırılır ki, bu da dollara olan marağı artırır. Müəyyən bir valyuta bölgəsində faiz dərəcələrinin yüksək olması, həmin valyutanı daha cəlbedici edir.
Dollar eyni zamanda, avro və Britaniya funtuna nisbətən də iki ilin zirvəsinə çatıb. Bu proses ABŞ-də Donald Trampın prezident seçkisində qələbəsindən sonra başlayıb. Bazar gözləyir ki, Tramp vədlərini yerinə yetirərək ixrac məhsullarına gömrük tariflərini tətbiq edəcək və vergiləri azaldacaq. Bu, inflyasiyanın sürətlənməsinə səbəb ola bilər və faiz dərəcələrinin azalması dayandırıla bilər.
Goldman Sachs analitikləri bildirirlər ki, cari ildə dolların 5 faiz artması və avrodan daha bahalı olması gözlənilir. Bu, sonuncu dəfə 2022-ci ildə müşahidə olunmuşdu. Ekspertlər əlavə edirlər ki, Trampın birinci prezidentliyi dövründə də dollar oxşar davranış göstərmişdi.
Oxşar xəbərlər
SOCAR-ın xalis mənfəəti 9 %-dən çox artıb
Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) 2024-cü ilin I yarısını 1,545 milyard manat xalis mənfəətlə başa vurub. BAKU.WS report-a istinadən xəbər verir ki, bu, 20...