Dollar Azərbaycanda 7 aylıq rekordunu təzələdi (CƏDVƏL)

Dollar Azərbaycanda 7 aylıq rekordunu təzələdi (CƏDVƏL)
İqtisadiyyat 1790

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. 

BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuzi bahalaşıb. Avropanın vahid valyutası 1,1252-dən 1,1156 AZN-ə geriləyib.  

ABŞ dollarının manata nisbətdə rəsmi məzənnəsində də dəyişiklik qeydə alınıb. 1 ABŞ dolları 1,0506 AZN-dən 1,0511-ə yüksəlib. Bu məzənnə son 7 ay ərzində ən böyük artımdır. Sonuncu dəfə dollar aprel ayının 15-də bu səviyyəyə qalxmışdı.

Rusiya rublunda da bahalaşma qeydə alınıb. Hazırda 1 rubl 0.0163 AZN-ə bərabərdir.  

Mərkəzi Bankın İdarə Heyətinin 21 fevral 2015-ci il tarixli qərarı ilə 1 ABŞ dollarının rəsmi məzənnəsi 1.05 AZN səviyyəsində, 1 avronun rəsmi məzənnəsi isə 1.19 AZN səviyyəsində müəyyən edilmişdi. O günə qədər ölkədə 1 dollar təxminən 0, 78 AZN idi. 01.01.2006-cı il tarixində Azərbaycan manatının 

5000:1 nisbətində denominasiyası (köhnə pul nişanlarının qəbul edilmiş nisbət qaydasında yenisi ilə əvəz edilməsi, pul tədavülünün qaydaya salınması və hesablaşmaların asanlaşdırılması məqsədilə milli pul vahidinin miqyas dəyişikliyidir. Buna sadə dillə "sıfırların silinməsi” də deyilir) həyata keçirilib.

ŞAHİN Həbibov

BAKU.WS

Oxşar xəbərlər

Dollar Azərbaycanda son 7 ayın rekordunu vurdu (CƏDVƏL)

Dollar Azərbaycanda son 7 ayın rekordunu vurdu (CƏDVƏL)

Azərbaycanda xarici valyutaların məzənnəsində dəyişiklik olub. BAKU.WS-in Mərkəzi Banka istinadla verdiyi məlumata görə, avronun məzənnəsi manata nisbətdə cuz...

3498 Şou-biznes 09:44 17 noyabr 2015

Son xəbərlər