Deputat süni qiymət artımından danışdı: Ciddi tədbirlər görülməlidir
Yeniliklərdən dərhal xəbərdar olun
“Son vaxtlar qiymətlərin süni artımının şahidi oluruq”.
BAKU.WS APA-ya istinadən xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Əli Məsimli deyib.
Deputat bildirib ki, bunu iki amillə əlaqələndirirlər:
“Birincisi tələb-təklif, ikincisi dünyada qiymətlərin artımı ilə. Amma tələb-təklif məsələsi doğru deyil. Çünki Azərbaycanda əhalinin gəlirləri aşağı düşür. İkinci məsələ ilə bağlı isə dünyada qiymət artımı 2%-dir, Azərbaycanda isə 4%.
Bunu inzibati yollarla həll etmək mümkün deyil. 1%-lik qiymət artımı Azərbaycan ailələrinə ayda 34 milyon manat, ildə isə milyardlarla zərbə vurur. Bununla bağlı aidiyyəti orqanları ciddi tədbirlər görməyə çağırıram”.
Oxşar xəbərlər
Vahid Əhmədov: “Bəzi pullu adamlar dövlətimizə təhlükədir”
Koronavirusun nə zaman bitəcəyi heç kimə məlum deyil. BAKU.WS xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vahid Əhmədov dünyanın, eləcə də Cənubi Qafqazın...