Dekabr ayının bütün sosial ödənişləri yekunlaşıb
27
dek
2024
10:00
Dövlət Sosial Müdafiə Fondu tərəfindən dekabr ayının müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımları da bu gün tam ödənilib.
BAKU.WS xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb.
Bildirilib ki, dekabrın 10-da Bakı, Sumqayıt şəhərləri, Abşeron rayonu, dekabrın 24-də bölgələr üzrə, habelə güzəştli şərtlərlə pensiya alan şəxslərin dekabr ayının pensiya ödənişləri həyata keçirilib.
Beləliklə, bu ay üzrə bütün pensiya, müavinət, təqaüd və ünvanlı dövlət sosial yardımlarının ödənişi yekunlaşıb.
Dövlət Sosial Müdafiə Fondu (DSMF)
Sumqayıt
Abşeron
Bakı
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi (ƏƏSMN)
Oxşar xəbərlər
Fərid Əhmədov: Dövlət pul tələbləri ilə bağlı icra sənədlərinin icrasını bazara ötürəcək
2025-ci ildə "Xüsusi icra məmurları" haqqında qanun qəbul edilib, bu institutun 2026-cı ildə tətbiqi nəzərdə tutulub. BAKU.WS xəbər verir ki, bunu "Report" və İ...