Daha 5 faydalı qazıntı yatağı hərraca çıxarılır
Fevralın 15-də Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən 5 faydalı qazıntı yatağı hərraca çıxarılacaq.
Xidmətdən BAKU.WS-ə bildirilib ki, iddiaçılar Xızıda “Şurabad” qum yatağı, Balakəndə “Göyəmtala” gil yatağı, Qazaxda “Aşağı Salahlı” gil yatağı, “Daş Salahlı-III” sement xammalı yatağı, Ağstafada “Acıdərə” vulkan külü yataqlarını özəlləşdirmək üçün müvafiq sənədləri fevralın 8-i saat 16:00-dək Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət, 31 ünvanına təqdim etməlidirlər.
Hərracda iştirak etmək istəyən fiziki və hüquqi şəxslər məlumat almaq, xidmət haqqı və 10 faiz beh məbləğini ödəmək üçün Əmlak Xidmətləri Məkanına müraciət edə bilərlər.
Oxşar xəbərlər
Yeddi faydalı qazıntı yatağı hərraca çıxarılacaq
İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Hərracların Təşkili Mərkəzi və Ekologiya və Təbii Sərvətlər Nazirliyi Dövlət Mineral Xammal Eh...